Sudanın devrilmiş baş naziri yenidən hökumətə rəhbərlik edəcək

SİYASƏT

22 Noyabr 2021 08:26

Oxunma sayi: 325
Sudanın devrilmiş baş naziri yenidən hökumətə rəhbərlik edəcək

Oktyabrın 25-də hərbçilər tərəfindən devrilmiş Sudanın baş naziri Abdullah Hamduq yenidən ölkə hökumətinə rəhbərlik edəcək.

Müvafiq razılaşma hərbçilərlə Hamduq arasında əldə olunub.

Sonuncu ev dustaqlığından azad edilərək, yeni hökumətin formalaşdırılması üçün işlərə başlayıb.

Razılaşmada həmçinin, yeni parlamentin və konstitusiya məhkəməsinin formalaşdırılacağı da öz əksini tapıb.

Mənbə: TASS

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!