Sülhməramlılar Ermənistana məxsus hərbi kolonları Qarabağa BURAXDI

SİYASƏT

26 Dekabr 2020 18:00

Oxunma sayi: 2843
Sülhməramlılar Ermənistana məxsus hərbi kolonları     Qarabağa BURAXDI

Qarabağda yerləşdirilmiş rusiuyalı sülhməramlılar son sutka ərzində görülən işlər barədə məlumat verib.


Azmedia.Az Modern.az-a istinadən xəbər verir ki, sülhməramlı kontingentin mətbuat xidməti dekabrın 25-də Azərbaycan Ordusuna aid 8 hərbi avtomobil karvanının Qırmızı Bazar-Şuşa yolu və Laçın dəhlizi ilə hərəkətini təmin etdiklərini açıqlayıb.


Bundan başqa, Ermənistan ordusuna məxsus 2 hərbi kolon isə Laçın dəhlizi vasitəsilə Qarabağ ərazisinə buraxılıb.


Sülhməramlılar 5 hektar ərazini partlamamış mərmidən təmizlədiklərini də açıqlayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!