Sülhməramlılar Qarabağda erməniləri müalicə edir

SİYASƏT

19 Dekabr 2020 17:15

Oxunma sayi: 637
Sülhməramlılar Qarabağda erməniləri müalicə edir

Qarabağın 700-dən artıq erməni əsilli sakini, o cümlədən 79 azyaşlı Rusiya Müdafiə Nazirliyinin səhra hospitalında ixtisaslı tibbi yardım alıb.


Azmedia.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


Məlumata görə, xüsusi təyinatlı tibb dəstəsinin tərkibinə daxil olan sülhməramlılar Qarabağın uzaq yaşayış məntəqələrində hərbi tibb işçilərinin səyyar işləməsini təmin etmək üçün çoxfunksiyalı həkim briqadalarını yaradıb.


Ötən gün ərzində Rusiyanın hərbi həkimləri Çartar yaşayış məntəqəsinin 95 sakininə tibbi yardım göstərib

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!