Sülhməramlılar Qarabağdakı özbaşınalıqları niyə görməzdən gəlir?

SİYASƏT

08 Yanvar 2022 16:16

Oxunma sayi: 282
Sülhməramlılar Qarabağdakı özbaşınalıqları niyə görməzdən gəlir?

"Rusiya Dövlət Dumasının deputatı, hakim "Vahid Rusiya" partiyasının üzvü Vitali Milonov sülhməramlıların müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərə qeyri-qanuni səfər edərək, orada bir sıra görüşlər keçirib. Ümumiyyətlə bu məsələnin məğzi ondan ibarətdir ki, Rusiya sülhməramlılarının mandatı yoxdur".

Azmedia.Az xəbər verir ki , bunu Milli.Az-a açıqlamasında politoloq Fərhad Məmmədov deyib.

O bildirib ki, Qarabağdakı rus sülhməramlılarının mandatının olmaması onların özləri üçün də problem yaradır:

"Üçtərəfli bəyanatda da qeyd olunub ki, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətinə verilir. Amma onların mandatı olmadığı üçün sülhməramlıların hansı funksiyaları yerinə yetirmək və hansını yerinə yetirməmək haqqında dəqiq məlumat yoxdur. Yəni onlar nə edə bilərlər, nə edə bilməzlər?! Bu qeyri-müəyyənlik də həm mütəmadi olaraq problemlər yaşananda ortaya çıxır, problemlərin səbəbinə çevrilir.

Digər tərəfdən Azərbaycana qarşı da bu problemləri yaradır, - belə səfərlər təşkil olunur. Ümumiyyətlə bu qayda haradan çıxdı ki, o əraziyə ancaq Ermənistan və Rusiya vətəndaşları, - kim ki, üçtərəfli bəyanatı imzalayıb, onlar keçə bilər, - niyə? Bax, belə bir problemlər var. Digər yandan Rusiya sülhməramlıları ilə də bağlı problemlər olur. Çünki atışmalar olur, misal üçün oradakı ermənilər də ölür. Ermənilər də ruslardan narazıdırlar ki, siz bunu araşdırmırsınız və yaxud araşdırırsınızsa, günahkar tapılmır və s. Yəni bu, ruslara qarşı da işləyən, problem yaradan bir məsələdir.

Düşünürəım ki, məhz bu mandatın sənəd formasında qəbul edilməsi bir çox məsələlərə aydınlıq gətirə bilər. Çünki mandat olmadığı təqdirdə biz hər zaman bu problemlərlə üzləşəcəyik".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!