SUMQAYITDA AİLƏ FACİƏSİ: ATA VƏ ANASINI ÖLDÜRDÜ!

ÖLKƏ

19 Aprel 2024 09:02

Oxunma sayi: 442
SUMQAYITDA AİLƏ FACİƏSİ:  ATA VƏ ANASINI ÖLDÜRDÜ!

Ötən gecə- aprelin 19-də, saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1962-ci il təvəllüdlü Məmmədov Hakim və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Məmmədova Zərifənin yaşadığı evdəkəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə "Təzadlar"a "a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Məlumatda deyilir ki, Cinayət əməlini törətməkdə təqsirli ailənin 2000-ci il təvəllüdlü oğlu Məmmədov Fikrət Hakim oğludur. Fİkrət Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Ailə faciəsinin hansı səbəbdən baş verməsi istintaq orqanı əməkdaşları tərəfindən araşdırılır.

Bəli, ailədaxili münaqişələr adətən məişət zəminində olur və tərəflərin bir- birini başa düşməməsi sonda belə bir faciəyə gətirib çıxarır. Ata və ana ölür, oğul isə qatil kimi həbsxanaya salınır!

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!