Sumqayıtda iki maşın toqquşub, xəsarət alanlar var

ÖLKƏ

27 Mart 2024 09:02

Oxunma sayi: 117
Sumqayıtda iki maşın toqquşub,  xəsarət alanlar var

Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsində iki nəfər xəsarət alıb.

AzmediA.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

“Toyota Prius” və “Khazar” markalı avtomobillər toqquşub.

Yol nişanına daha sonra isə ağaca çırpılan “Prius” yolun kənarına aşıb.

Sürücü Murad İmanov və sərnişin (şəxsiyyəti dəqiqləşdirilir) dərhal xəstəxanaya çatdırılıb.

Murad İmanovun vəziyyətinin ağır olduğu bildirilir.

Qəzada yol infrastrukturuna ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!