Şuşa uğrunda canından keçən baş çavuşlar

SİYASƏT

19 Dekabr 2020 19:35

Oxunma sayi: 901
Şuşa uğrunda canından keçən baş çavuşlar

Daxili İşlər Nazirliyi Daxili Qoşunların Vətən müharibəsində qəhrəmancasına şəhid olan daha iki baş çavuşu haqda məlumat paylaşıb. 

 

26 yaşlı şəhid Vəlizadə Anar Afət oğlu Salyan rayonunun Cəngən kəndində doğulub. Baş çavuş noyabrın 7-də Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.

Digər baş çavuş 33 yaşlı Sadıqov Ruslan Amiraslan oğlu isə Şəki rayonunun Cəfərabad kəndindəndir. O da noyabrın 7-də Şuşa istiqamətində döyüşlərdə canından keçərək şəhadətə yüksəlib. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!