Taleh Muxtarov uşaqlıqdan qisas hissi ilə yaşayırdı VİDEO

SİYASƏT

12 Yanvar 2021 14:37

Oxunma sayi: 713
Taleh Muxtarov uşaqlıqdan qisas hissi ilə yaşayırdı   VİDEO

Vətən müharibəsi başlayandan qardaşı ilə birgə döyüşə yollanan Taleh Muxtarov Tərtər rayonunun Suqovuşan və Talış istiqamətlərində gedən döyüşlərdə igidlik göstərib. Şəhidlik zirvəsinə ucalan qəhrəmanımız Kəlbəcərdə doğulmuşdu və hələ uşaqlıqdan düşməndən qisas almaq hissi ilə yaşayırdı.

 

Azmedia.Az xezerxeber.az-a istinadən bildirir ki, Kəlbəcərdə doğulmuşdu Taleh Muxtarov, 8 yaşı olanda isə mənfur düşmənin hücumu nəticəsində doğma yurdunu ailəsi ilə birgə tərk etməyə məcbur qalmışdı. Goranboyun Yeni Yol kəndində məskunlaşıb orda böyümüşdü.

Hələ kiçik yaşlarından doğma yurdunu azad edəcəyini, Birinci Qarabağ müharibəsində itirdiyi əmisinin qisasını alacağını deyirdi. Vətən müharibəsi başlayanda isə qardaşı Tural ilə birgə könüllü döyüşə yollanıb. Anasına sonuncu dəfə zəng vuraraq Kəlbəcərə bayraq asacağına söz verib.

Taleh Muxtarov Tərtər rayonunun Suqovuşan və Talış istiqamətlərində gedən döyüşlərdə igidlik göstərib. Oktyabrın 7-də isə ən uca zirvəyə - şəhidliyə yüksəlib. Tural Muxtarov qardaşının şəhid xəbərini döyüşdə olduğu zaman alıb.

Şəhidlik zirvəsinə ucalan Taleh Muxtarov "Vətən uğrunda" medalı ilə təltif edilib. İndi onun Səbinə və Aydan adlı qızları bizə yadigar qalıb.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!