Tanınmış həkimdən şantaj yolu ilə 25 min manat tələb etdilər! FOTO/VİDEO + SƏS YAZILARI

MÜSAHİBƏ

08 Avqust 2022 16:30

Oxunma sayi: 1007
Tanınmış həkimdən şantaj yolu ilə 25 min manat tələb etdilər!   FOTO/VİDEO + SƏS YAZILARI

Tanınmış həkim Cəfərquliyev Mirzəli Cəfərqulu oğlu ölkə Prezidentinə və bir neçə güc strukturuna Azmedia.Az saytı vasitəsi ilə müraciət edib.

Müraciət isə ona edilən haqsız ittihamla bağlıdır.

“Andromed” klinikasından 15-20 metr aralıqda ağac kəsilmişdir. Bu ağacı kəsən şəxs cəriməsini ödəyib bu işdə təqsirkar olduğunu boynuna alsa da, bu hadisədən 2-3 həftə sonra Azərbaycan Respublika Prokurorluğunun Cinayət-istintaq idarəsinə həkim Mirzəli Cəfərquliyev çağırılıb. Orada Vətən Əliyev adlı müstəntiq bu işdə məhz həkimin əli olduğunu boynuna almasını tələb edib.

4 ay istintaq müddəti ərzində Respublika Prokurorluğuna 25 dəfəyə qədər , gecə saatlarınadək çağırılan Mirzəli Cəfərquliyevdən sonda 25min manat ödəməsini istəyiblər. Həkimin sözlərinə görə pulu verməkdən imtina etdiyində : 
“ Günahın olmasa da , biz sənin boynuna qoyacayıq” - deyə müstəntiq Vətən Əliyev bildirib.

 Məhz bu hadisədən sonra ağacı kəsən şəxs, Səmədov Təbriz Məşədi oğlu xarici vətəndaş olduğu üçün onu ölkədən qovacağını deyərək hədə-qorxu gələn Vətən Əliyev bu işə onu Mirzəli Cəfərquliyevin sövq etməsini deməyi məcbur edib. 


Ağacı kəsən şəxs Səmədov Təbriz qorxduğu üçün bu əməldə həkimin əli olduğunu desə də , sonradan Mirzəli Cəfərquliyevlə telefon əlaqəsi yaradaraq məsələyə aydınlıq gətirərək üzürxahlıq edib.

Növbəti haqsızlıq isə Xəzər rayon məhkəməsində baş verib. İttiham olunan həkim, Mirzəli Cəfərquliyevin vəkili İlqar Rüstəmov hakim Əkrəm Qəhrəmanova etiraz edib.
O, etirazını hakimin icraatındakı məhkəmə işlərində katib və dövlət hesabına təyin olunan vəkilin bacı-qardaş olmasıyla əsaslandırıb.

Əsassız ittihamla günahlandırılan Mirzəli Cəfərquliyevin müraciətini və məsələ ilə bağlı aydınlıq gətirdiyi detalları sizlərə təqdim edirik: 

 

Ps. Məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!