Tbilisidə Ermənistan səfirliyinin qarşısında etiraz aksiyası keçirilib FOTO

SİYASƏT

16 İyul 2020 13:07

Oxunma sayi: 610
Tbilisidə Ermənistan səfirliyinin qarşısında etiraz aksiyası keçirilib   FOTO

Ermənistanın Gürcüstandakı səfirliyinin binasının qarşısında etiraz aksiyası keçirilib.

 

Azmedia.az  apa-ya istinadən xəbər verir ki, Gürcüstanda yaşayan gənc soydaşlarımız Tbilisidə Ermənistan səfirliyinin binasının qarşısına toplanaraq Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatlara etirazlarını bildiriblər.

 

Müxtəlif şüarlar səsləndirən gənclər Ermənistanın bu təxribatları dərhal dayandırmasını, Azərbaycan torpaqlarının işğalına son verməsini tələb ediblər.

 

Gənclər bildiriblər ki, Ermənistanın apardığı işğalçı siyasət bölgə xalqlarının inkişafına mane olur, regionda sülh və stabilliyə daim kölgə salır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!