TƏBİB bu gün zəhərlənən 11 nəfərlə bağlı MƏLUMAT YAYDI

SAĞLAMLIQ

27 Mart 2024 16:00

Oxunma sayi: 363
TƏBİB bu gün zəhərlənən 11 nəfərlə bağlı  MƏLUMAT YAYDI

Bu gün saat 06:00 radələrində zəhərlənmə şübhəsi ilə 11 nəfər (5 kişi, 6 qadın olmaqla) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

AzmediA.az bildirir ki, bu barədə KONKRET.az-a TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, onlardan 6-sı uşaq olub.

“Onların hər birindən analiz nümunələri götürülüb, zəruri ilk tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş olduğu üçün ambulator müalicəyə evə buraxılıblar”, – deyə əlavə edilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!