Telefonlarda istifadə edilmədikcə “Wi Fi”ı söndürün

İKT

18 İyun 2023 07:49

Oxunma sayi: 897
Telefonlarda istifadə edilmədikcə “Wi   Fi”ı söndürün

Bir çox istifadəçi internetdən istifadə etmədikdə belə mobil cihazında "Wi-Fi" şəbəkələrinin axtarışını söndürmür. 

Azmedia.Az  bildirir ki, bu funksiya yalnız internetdən istifadə etdikdə və ya messencerdə kimsədən mesaj gözlədikdə aktivləşdirilməlidir.

İnternetdə "sörfinq" başa çatan kimi "Wi-Fi" şəbəkələri üçün axtarışı söndürmək məsləhətdir.

Bəs, bunu niyə etmək lazımdır? 

Daim "Wi-Fi" axtarışı mobil cihazın yükünü ciddi şəkildə artırır.

Cihazın akkumulyatoruna mənfi təsir göstərir. Bu zaman mobil telefon daha tez boşalır, batareyanın özü isə tədricən öz gücünü itirir.

Bundan əlavə, mobil telefonun avtomatik olaraq müdaxilə edənlərə məxsus "Wi-Fi" şəbəkəsinə qoşulması mümkündür.

Belə hallarda həminin şəxsi məlumatların kibercinayətkarlar tərəfindən oğurlana da bilər. Buna görə də, internetə ehtiyac olmadığı anlarda "Wi-Fi" şəbəkələri üçün axtarışı söndürmək üçün tənbəllik etməyin.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!