Tərtərdə daha bir erməni təxribatı: Müstəntiq yaralandı RƏSMİ

SİYASƏT

03 Oktyabr 2020 16:19

Oxunma sayi: 995
Tərtərdə daha bir erməni təxribatı:     Müstəntiq yaralandı   RƏSMİ

“Ermənilər tərəfindən atılan top mərmisi Tərtər Rayon Prokurorluğunun yaxınlığına düşüb və nəticədə, müstəntiq yaralanıb”.

 

Azmedia.az  xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Baş prokurorluqda Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalimizə qarşı törədilmiş cinayətlərlə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, 1989-cu il təvəllüdlü prokurorluq əməkdaşı (müstəntiq) xəstəxanaya yerləşdirilib:

“Həkimlər tərəfindən əməliyyata alınıb. Ümid edirik ki, onun həyatını xilas etmək mümkün olacaq”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!