Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

ÖLKƏ

26 Aprel 2024 20:20

Oxunma sayi: 275
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.

Məlumata görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəllüdlü Gülcöhrə Ziyad qızı Allahverdiyeva hüşsuz vəziyyətdə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) gətirilib. Müayinə zamanı G.Allahverdiyavanın özünə antibiotik iynəsi vurduqdan bir qədər sonra vəziyyətinin pisləşərək şoka düşdüyü məlum olub.

G.Allahverdiyeva Kiş kənd tibb məöntəqəsində tibb bacısı kimi çalışır.

Faktla bağlı araşdırma aparılır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!