Tovuzda “ASAN Həyat” kompleksi istifadəyə verildi

SİYASƏT

04 Mart 2020 16:47

Oxunma sayi: 1054
Tovuzda “ASAN Həyat” kompleksi istifadəyə verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.

 

Azmedia.az  azərtac-a  istinadən  xəbər verir ki, dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

 

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev kompleks barədə dövlətimizin başçısına məlumat veriblər.

 

Prezident İlham Əliyev kompleksdə təqdim edilən innovativ yeniliklərlə tanış olub.

 

Sonra dövlətimizin başçısı ASAN könüllüləri ilə görüşüb.

 

Prezident İlham Əliyev görüşdə çıxış edib.

 

Sonda xatirə şəkli çəkdirilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!