Toy hazırlıqları yarımçıq qalan nişanlı şəhid VİDEO

SİYASƏT

21 Dekabr 2020 14:23

Oxunma sayi: 1282
Toy hazırlıqları yarımçıq qalan nişanlı şəhid   VİDEO

44 günlük Vətən müharibəsində mərdliklə döyüşərək şəhidlik zirvəsinə ucalan qəhrəman igidlərimizdən biri də Səlimxan Bayramovdur. 

 

Baku TV xəbər verir ki, S.Bayramov müharibəyə yollanarkən nişanlı olub. Onun arzuları kimi toy hazırlıqları da yarımçıq qalıb. 

Şəhidin babası Fariz Rüstəmov bildirib ki, S.Bayramov onun ilk nəvəsi olub:

“Toyuna hazırlaşırdıq, amma şəhid xəbəri gəldi”. 

Başqa şəhidlər kimi S.Bayramov da bu uca zirvəyə qalxacağını əvvəlcədən hiss edib.

“Şəhidlərin qanı yerdə qalmadı” deyən Bayramovlar ailəsi Qarabağın işğaldan azad edildiyi üçün böyük sevinc yaşadıqlarını bildiriblər.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!