Toyuna hazırlıq gedirdi, amma şəhid oldu VİDEO

SİYASƏT

04 Yanvar 2021 13:41

Oxunma sayi: 1019
Toyuna hazırlıq gedirdi, amma şəhid oldu   VİDEO

Onun iki arzusu var idi. Hərbçi olub Vətənin ərazi bütövlüyünü təmin etmək və ailə qurub, xoşbəxt olmaq...

 

Azmedia.Az-ın məlumatına görə, söhbət atasının övladlarını hərbçi görmək istəyini reallaşdıran şəhid gizirimiz Turan Məmmədlidən gedir.

Ağstafanın Yuxarı Göycəli kəndində anadan olan 27 yaşlı şəhidimiz həmlə taborunda taqımı ilə Füzuli istiqamətində düşmənin bir neçə istehkamını məhv ediblər.

Onun döyüş yoldaşları atasına bildirib ki, döyüş zamanı Turan hər zaman öndə gedirdi. Heç vaxt imkan vermədi ki, digərləri önə keçsin. O, torpaqlarımızı tamamılə düşmən tapdağından azad etmək istəyirdi.

Turan oktyabrın 7-si Qaraxanbəyli kəndi uğrunda döyüşə girməzdən əvvəl ailəsi ilə danışıb. Təskinlik verıb ki, narahat olmasın.

Oktyabrın 25-i ailə quracaqdı, ancaq qismət olmadı. Nişanlısına isə sonuncu dəfə özünü və anasını qorumağı tapşırıb.

Şəhidimiz ''Vətən uğrunda'' medalı ilə təltıf edilib. Cənab gizir! Sənin və bütün şəhidlərin əziz xatirəsi, döyüş meydanında göstərdiyiniz igidliklər heç zaman unudulmayacaq.

Azmedia.Az xezerxeber.az-a istinadla mövzu ilə bağli videomateriali təqdim edir:

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!