Türkiyə Azərbaycan Türkmənistan Anlaşma Memorandumunu alqışladı

SİYASƏT

22 Yanvar 2021 09:00

Oxunma sayi: 433
Türkiyə Azərbaycan   Türkmənistan Anlaşma Memorandumunu alqışladı

Azərbaycan ilə Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanmasını məmnuniyyətlə qarşılayırıq.

 

Azmedia.Az-ın məlumatına görə bu ifadələr Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında əksini tapıb.

 

Açıqlama qeyd olunub:

 

“Bu anlaşmanın iki ölkənin dostluğunu gücləndirməsini, dost və qardaş Azərbaycan və Türkmənistan xalqlarına xeyirli olmasını və bölgənin rifahı və sabitliyinə güc gətirməsini istəyirik. Bu anlaşmanın Türkiyə ilə Avropanın qalan hissələrinin enerji təhlükəsizliyini artıracaq layihələrin də önünü açmasını arzu edirik”.

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!