Türkiyə dəniz sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı Misir və Yunanıstan arasındakı razılaşmanı tanımayıb

SİYASƏT

06 Avqust 2020 22:05

Oxunma sayi: 276
Türkiyə dəniz sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı     Misir və Yunanıstan arasındakı razılaşmanı tanımayıb

Türkiyə dəniz sərhədlərinin müəyyənləşdirilməsi və səlahiyyət sahələrinin yaradılması ilə bağlı Misir və Yunanıstan arasında imzalanan sazişi qəbul etmir.

 

Azmedia.az haber global-a istinadən bildirir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

 

Bildirilib ki, Yunanıstan və Misir arasında dəniz sərhədi yoxdur: “Bu gün imzalanan səlahiyyət sahələrinin yaradılması haqqında qondarma saziş bizim üçün etibarsızdır. Bu yanaşmamız ərazidə və masada ortaya qoyulacaq. Razılaşmada nəzərdə tutulan ərazi, BMT-yə də məlumat verildiyi kimi, Türkiyənin qitə şelfində yerləşir”, - deyə Türkiyə XİN-in yaydığı sənəddə bildirilir.

 

Həmçinin qeyd edilib ki, bu anlaşma ilə Liviyanın da haqları qəsb edilib: “Türkiyənin sözügedən ərazidə hər hansı bir fəaliyyətə icazə verməyəcəyi və Şərqi Aralıq dənizində ölkəmizin və Kipr türklərinin qanuni haqq və hüquqlarının qəti şəkildə müdafiə olunacağı şübhəsizdir”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!