“Türkiyə heç vaxt çarəsiz qalmayıb” Çavuşoğlu

SİYASƏT

28 Oktyabr 2021 14:08

Oxunma sayi: 243
“Türkiyə heç vaxt çarəsiz qalmayıb”   Çavuşoğlu

““F-35” proqramının tərəfdaşlarından biri olmağımıza rəğmən haqsız şəkildə proqramdan çıxarıldıq”.

Azmedia.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “CNN Türk”ə müsahibəsi zamanı deyib.

“Ya Türkiyənin “F-35” proqramına geri qaytarılması, ya ödədiyimiz vəsaitin qaytarılması və yaxud başqa məhsulla kompensasiya edilməlidir. ABŞ satmaq istəmirsə, digər variantlar işə düşər”, - deyə Türkiyənin XİN rəhbəri söyləyib.

Onun sözlərinə görə, Türkiyə heç vaxt çarəsiz qalmayıb: “Türkiyə hazırda ehtiyacının 75%-ni istehsal edir. Ehtiyac yarandıqda başqa ölkələrə yönələ bilər. Alternativlərimiz var. Biz yolumuza davam edirik”.

Xatırladaq ki, Ankara 100 ədəd Lockheed Martin “F-35” sifariş versə də, Türkiyənin “S-400” almasından sonra ABŞ Türkiyəni proqramdan çıxarmışdı. 

Prezident Rəcəb Tayyib Ərdoğan “F-35”lərin tədarükü üçün ödənilən 1,5 milyard dolları geri almaq niyyətində olduqlarını bəyan etmişdi.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!