Türkiyə Müdafiə Nazirliyindən Qarabağ açıqlaması

SİYASƏT

20 Dekabr 2020 17:33

Oxunma sayi: 694
Türkiyə Müdafiə Nazirliyindən Qarabağ açıqlaması

"Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin ən qısa zamanda Ağdamda fəaliyyətə başlaması üçün əməkdaşlığımız Azərbaycan və Rusiya Federasiyasının koordinasiyasında davam etməkdədir".


Azmedia.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin həftəlik yayımlanan mətbuat bülletenində bildirilib.


Qeyd olunub ki, Ermənistanın işğalından azad edilən Azərbaycan ərazilərinin təhlükəsizliyinin təmini üçün Türkiyə Silahlı Qüvvələrinin dəstəyi davam edir: "Azərbaycan Ordusuna dəstək məqsədilə 135 personaldan ibarət 2 Xüsusi Mina Təmizləmə qrupu mina axtarışı və zərərsizləşdirilməsində iştirak edir. Digər partlayıcıların kəşfiyyatı və məhv edilməsi üçün hər birində 4 nəfər olmaqla 12 komanda (tim) və 64 personal isə təlim-tədrisə dəstək verməkdədir".


"Türkiyə olaraq, "İki dövlət, bir millət" anlayışı ilə bu günə qədər kədərini kədərimiz, sevincini sevincimiz bildiyimiz can qardaşlarımızın yanında olmağa davam edəcəyik" deyə açıqlamada bildirilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!