Türkiyə Prezidenti: “Azərbaycan Ermənistan münasibətlərindəki çətinlik Zəngəzur koridorunun açılması ilə aşılmış olar”

SİYASƏT

19 Sentyabr 2021 14:01

Oxunma sayi: 356
Türkiyə Prezidenti: “Azərbaycan   Ermənistan münasibətlərindəki çətinlik Zəngəzur koridorunun açılması ilə aşılmış olar”

“Zəngəzur koridorunun açılıb-açılmaması bir siyasi məsələdir”.

Azmedia.Az-ın APA-ya istinadən məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının toplantısında iştirak etmək üçün Nyu-Yorka səfərdən öncə keçirilən mətbuat konfransında bildirib.

Türkiyə Prezidenti deyib ki, əgər Nikol Paşinyan R. T. Ərdoğanla görüşmək istəyirsə, Ermənistanın müsbət addımlar atması lazımdır: “Gürcüstan baş naziri Ermənistan baş naziri Nikol Paşinyanın görüş keçirilməsi ilə bağlı təklifini mənə çatdırıb. Ancaq bunun üçün Ermənistanın müsbət addımlar atması lazımdır. Əgər səmimidirlərsə, biz də səmimiyyətimizi ortaya qoyarıq, Türkiyə də diplomatik əlaqələrərə başlayar”.

R. T. Ərdoğan ümid etdiyini bildirib ki, Azərbaycan-Ermənistan münasibətlərindəki çətinlik Zəngəzur koridorunun açılması ilə aşılmış olar.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!