“Türkiyə Qafqazın sabitliyinə böyük əhəmiyyət verir” Akar

SİYASƏT

18 Noyabr 2021 14:00

Oxunma sayi: 230
“Türkiyə Qafqazın sabitliyinə böyük əhəmiyyət verir”   Akar

“Türkiyə Qafqazın sabitliyinə böyük əhəmiyyət verir”.

Azmedia.Az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Erciyez Universitetində 2021-2022 tədris ilinin açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə bu bölgədə də sülhün və sabitliyin təmin olunması üçün böyük səylər göstərir. 

“Can qardaşımız Azərbaycan 30 ildir işğal altındakı öz torpaqlarını, Qarabağı 44 gün davam edən “Tək Vətən” hərəkatı ilə Ermənistanın işğalından azad edib. Bu dövrdə haqlı mübarizəsində azərbaycanlı qardaşlarımızın yanında olan Türkiyə bundan sonra da bütün imkanlarıyla “Bir millət, iki dövlət” deyimi ilə qardaşlarının yanında olmağa davam edəcək”, - deyə Akar əlavə edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!