Türkiyə və Azərbaycan bayraqlarını təhqir edən şəxs SAXLANILDI QATI CİNAYƏTKAR İMİŞ

SİYASƏT

27 Dekabr 2020 19:30

Oxunma sayi: 654
Türkiyə və Azərbaycan bayraqlarını təhqir edən şəxs SAXLANILDI   QATI CİNAYƏTKAR İMİŞ

İstanbulun Tokatköy məhəlləsi Sultanəziz küçəsində naməlum şəxs binalardan birinin qarşısındakı Türkiyə və Azərbaycan bayraqlarını çıxardaraq nümayişkaranə şəkildə yerə atıb.


Azmedia.Az Axar.az-a istinadən xəbər verir ki, sakinlərin məlumatı əsasında olay yerinə gələn polis əməkdaşları qısa axtarışdan sonra çirkin əməli törədən şəxsi yaxalayıblar.


Sözügedən şəxsin 47 yaşlı M.A. (şərti ad – red.) olduğu müəyyən edilib.


Araşdırmalardan sonra həmin şəxsin psixoloji problemlərinin olduğu, həmçinin indiyədək bir çox cinayət əməli törətdiyi müəyyən edilib.


Hüquqi prosedurlardan sonra M.A. “Dövlət atributlarını təhqir etmə” maddəsi ilə ittham edilərək müvafiq orqanlara təhvil verilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!