Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüş tarixi və yeri bəlli oldu

SİYASƏT

03 Fevral 2022 21:15

Oxunma sayi: 221
Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüş tarixi və yeri bəlli oldu

Fevralın 24-də Vyanada Ermənistan və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıçın iki ölkə arasında münasibətlərin normallaşdırılmasına dair ikinci görüşü keçiriləcək.

Bu barədə cümə axşamı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan özünün “Facebook” səhifəsində məlumat verib.

Qeyd edək ki, tərəflər arasındakı ilk görüş yanvarın 14-də Moskvada keçirilib.

Mənbə: TASS

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!