Türkiyə və Gürcüstanın XİN başçıları görüşüb

SİYASƏT

22 Aprel 2021 22:54

Oxunma sayi: 600
Türkiyə və Gürcüstanın XİN başçıları görüşüb

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu gürcüstanlı həmkarı David Zalkaliani ilə görüşüb. 

Azmedia.Az xəbər verir ki, bu barədə D.Zalkaliani özünün tvitter hesabında məlumat paylaşıb. 

Bildirib ki, görüş zamanı tərəflər iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin yüksəldilməsinin region üçün önəmi barədə müzakirə aparıblar. 

D. Zalkaliani qedy edib ki, Türkiyənin Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə, həmçinin, NATO-ya inteqrasiyasına verdiyi dəstək çox önəmlidir.

Qeyd edək ki, görüş Türkiyə, Rumıniya və Polşa XİN başçılarının Buxarestdə keçirilən üçtərəfli görüşü çərçivəsində baş tutub. Ukrayna və Gürcüstan XİN başçıları bu gün və sabah keçiriləcək görüşdə iştirak üçün dəvət alıblar.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!