Türkiyə XİN başçısı: “Ermənistan nə özünə, nə də tarixinə güvənir”

SİYASƏT

15 Aprel 2021 12:26

Oxunma sayi: 597
Türkiyə XİN başçısı:     “Ermənistan nə özünə, nə də tarixinə güvənir”

“Qondarma “erməni soyqırımı” ilə bağlı Ermənistana ortaq komissiya yaratmaq barədə təklif vermişdik. Ermənistan nə özünə, nə də tarixinə güvənir, əksinə propaqandaya üstünlük verir”.

Azmedia.Az-ın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində deyib.

ABŞ-ın yeni administrasiyası tərəfindən 24 aprel-qondarma “erməni soyqırımı”na hansı reaksiyanın olacağına dair suala cavabında XİN başçısı qeyd edib ki, deyiləcək hər hansı bir sözlə tarix dəyişməyəcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!