Türkiyə XİN dən Qazaxıstandakı etirazlara REAKSİYA

SİYASƏT

05 Yanvar 2022 15:56

Oxunma sayi: 237
Türkiyə XİN   dən Qazaxıstandakı etirazlara REAKSİYA

Türkiyənin Xarici İşlər Nazirliyi artıq üçüncü gündür Qazaxıstanda davam edən etiraz aksiyalarına münasibət bildirib.

Bu barədə açıqlama Türkiyə XİN-nin rəsmi “Twitter” səhifəsində yerləşdirilib.

“Türkiyə XİN Qazaxıstanda yanvarın 2-3-də başlayan və bu səhər hökumətin istefası ilə nəticələnən etiraz aksiyalarını yaxından izləyir. Dost Qazaxıstanın sabitliyinə önəm veririk. Arzumuz qardaş qazax xalqının sülh və əmin-amanlığıdır. Qazaxıstan hakimiyyətinin bu böhranın öhdəsindən gələcəyinə inanırıq. Qazaxıstan xalqının sağlam düşüncəsinə güvənir və olayların ən qısa müddətdə sakitləşəcəyinə ümid edirik. Hadisələr nəticəsində xəsarət alanlara şəfa diləyirik”, - məlumatda qeyd olunub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!