Türkiyədə təlimləri uğurla bitirən azərbaycanlı kursantlara sertifikatlar təqdim olunub FOTO

SİYASƏT

30 İyun 2022 10:15

Oxunma sayi: 244
Türkiyədə təlimləri uğurla bitirən azərbaycanlı kursantlara sertifikatlar təqdim olunub   FOTO

“Türkiyənin Nevşehir şəhərində Jandarma At və İt Təlim Mərkəzi Komandanlığında (JAİTM) Azərbaycan, Qazaxıstan və Qırğız Respublikasından olan kadrlar da daxil olmaqla ümumilikdə 104 kursantın iştirak etdiyi xüsusi təlim keçmiş itlərin hazırlanması kursları uğurla başa çatıb”.

Azmedia.Az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Jandarm Baş Komandanlığı məlumat yayıb.

Bildirilib ki, fevralın 7-dən iyunun 24-dək davam edən təlimləri uğurla başa vuran kursantlara sertifikatları JAİTM-nin komandanı jandarma polkovniki İlyas Uysal təqdim edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!