Türkiyədə zirehli maşının aşması nəticəsində dörd əsgər həlak oldu - FOTO

DÜNYA

09 Sentyabr 2024 09:00

Oxunma sayi: 373
Türkiyədə zirehli maşının aşması nəticəsində dörd əsgər həlak oldu -  FOTO

Türkiyədə dörd hərbçi yol-nəqliyyat hadisəsində həlak olub.

Azmedia.Az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Naziri Ali Yerlikaya özünün "X" hesabında yazıb.

Zirehli hərbi avtomobilin aşması nəticəsində Ömer Eroğlu, Mehmet Aykanat, Orhan Burak Büyükçaylı və Doğan Kızılateş şəhid olublar.

Yol-nəqliyyat hadisəsində Çavuş Muhammet Koyuncu yaralanıb. Hazırda onun vəziyyəti kafi qiymətləndirilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!