Türkiyədən Azərbaycana dəstək: “Bir millət, iki dövlət” – VİDEO

SİYASƏT

14 Aprel 2020 08:48

Oxunma sayi: 354
Türkiyədən Azərbaycana dəstək:     “Bir millət, iki dövlət” – VİDEO

Türkiyənin paytaxtı Ankaranın simvollarından biri olan “Atakule” qülləsində Azərbaycan və Türkiyə bayraqları dalğalandırılıb.

 

Azmedia.az Oxu.Az-a istinadən xəbər verir ki, bundan əlavə qüllədə “Can Azərbaycana sevgilərlə” və “Bir millət, iki dövlət” sözləri yer alıb.

 

Bu addımı ilə qardaş Türkiyə dünyada koronavirusun tüğyan etdiyi bir dönəmdə Azərbaycanın yanında olduğunu ifadə edib.

 

Xatırladaq ki, iki gün öncə aprelin 11 Azərbaycanda koronavirusdan əziyyət çəkən Türkiyəyə dəstək ifadə etmək məqsədi ilə Heydər Əliyev Mərkəzinin üzərində qardaş ölkənin bayrağı görüntülənib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!