Türkiyədən Qarabağa gələcək hərbçilərlə bağlı AÇIQLAMA

SİYASƏT

20 Dekabr 2020 17:20

Oxunma sayi: 768
Türkiyədən Qarabağa gələcək hərbçilərlə bağlı     AÇIQLAMA

“Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin ən qısa zamanda Ağdamda fəaliyyətə başlaması üçün əməkdaşlığımız Azərbaycan və Rusiya Federasiyasının koordinasiyasında davam etməkdədir”.


Azmedia.Az "Ölkə.Az"a istinadən bildirir ki, bu fikirlər Türkiyə Müdafiə Nazirliyinin həftəlik yayımlanan mətbuat bülletenində bildirilib.


Qeyd olunub ki, Ermənistanın işğalından azad edilən Azərbaycan ərazilərinin təhlükəsizliyinin təmini üçün Türkiyə Silahlı Qüvvələrinin dəstəyi davam edir:

 

“Türkiyə olaraq, “İki dövlət, bir millət” anlayışı ilə bu günə qədər kədərini kədərimiz, sevincini sevincimiz bildiyimiz can qardaşlarımızın yanında olmağa davam edəcəyik” deyə açıqlamada bildirilib.


Qeyd edək ki, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında qəbul edilən atəşkəs razılaşmasından sonra noyabrın 11-də Türkiyə və Rusiya müdafiə nazirlərinin imzaladıqları memorandum çərçivəsində Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə hər iki ölkənin Birgə Mərkəz yaratması qərarı verilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!