Türkiyədən “S 400”lərlə bağlı KRİTİK QƏRAR: aktivləşdirildi və 6 saatlıq...

SİYASƏT

16 Oktyabr 2020 19:30

Oxunma sayi: 27480
Türkiyədən “S   400”lərlə bağlı KRİTİK QƏRAR:     aktivləşdirildi və 6 saatlıq...

Türkiyə Rusiya istehsalı olan S-400 raket əleyhinə müdafiə sistemini sınaqdan keçirməyə hazırlaşır.

 

Azmedia.Az Konkret.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı Reuters agentliyi yayıb.

 

Türkiyənin Qara dəniz sahillərində hava və dəniz məkanını məhdudlaşdırmaq barədə bildirişlərindən sonra raket sistemləri bölgəyə daşınıb.

 

Türkiyənin “S-400” raketlərini təxminən 6 saatlıq bir müddətdə radar testindən keçirəcəyi iddia edilib.

 

Rusiyadan alınan raket əleyhinə müdafiə sisteminin sınaqdan keçirilməsi NATO-nun raket əleyhinə sistemləri ilə uyğun gəlmir və bu, rəsmi Ankaranın ABŞ ilə münasibətlərini daha da gərginləşdirəcək.

 

ABŞ, həmçinin S-400-ün inteqrasiyasının Rusiyanın F-35 qırıcıları da daxil olmaqla, NATO-nun müdafiə sistemi barədə məlumat əldə etməsinə imkan verəcəyindən narahatdır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!