Türkiyəli zabit Azərbaycanda hərbi qərargaha buraxılmayıb? Rəsmi cavab

SİYASƏT

19 Sentyabr 2020 15:45

Oxunma sayi: 639
Türkiyəli zabit Azərbaycanda hərbi qərargaha buraxılmayıb?   Rəsmi cavab

Sosial şəbəkələrdə Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanının türkiyəli əlaqələndirici zabiti, 1-ci dərəcəli kapitan Eren Günayın guya Azərbaycan HDQ-nin qərargahına buraxılmaması və xidməti maşınına icazə verilməməsi barədə yayılan məlumatların heç bir əsası yoxdur və spekulyativ xarakter daşıyır.

 

Azmedia.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanı, kontr-admiral Sübhan Bəkirov deyib.

 

O bildirib ki, 1-ci dərəcəli kapitan E.Günay hazırda xidmətdədir və biz birlikdə yüksək səviyyədə qarşılıqlı fəaliyyət göstəririk:

 

"Bu kimi xəbərləri yayanlar Azərbaycan və Türkiyə münasibətlərinə kölgə salmaq məqsədi güdən bədniyyətli şəxslərdir".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!