Türkiyənin XİN rəhbəri son 15 ildə ilk dəfə İsraildə

SİYASƏT

25 May 2022 16:44

Oxunma sayi: 317
Türkiyənin XİN rəhbəri son 15 ildə ilk dəfə İsraildə

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsrailə rəsmi səfər edib.

Azmedia.Az “NTV”yə istinadən xəbər verir ki, Çavuşoğlu səfəri çərçivəsində israilli həmkarı Yair Lipidlə danışıqlar aparıb.

Çavuşoğlunun sözlərinə görə, həmkarı ilə görüş zamanı regional məsələlər barəsində fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Çavuşoğlunun səfəri son 15 ildə Türkiyə xarici işlər naziri səviyyəsində İsrailə edilən ilk səfərdir.

Xatırladaq ki, Çavuşoğlu İsraildən əvvəl Fələstinə səfər edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!