Türkiyəyə tək şəxsiyyət vəsiqəsi ilə gedib gələcəyik

SİYASƏT

10 Dekabr 2020 21:15

Oxunma sayi: 639
Türkiyəyə tək şəxsiyyət vəsiqəsi ilə gedib   gələcəyik

Azərbaycan vətəndaşları Türkiyəni, Türkiyə vətəndaşları isə Azərbaycanı sadəcə şəxsiyyət vəsiqəsilə ziyarət edə biləcək.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu tvitter səhifəsində yazıb.

“Qardaşım Ceyhun Bayramov ilə imzaladığımız protokolla Türkiyə-Azərbaycan arasında çox yaxında sadəcə şəxsiyyət vəsiqələrimizlə səyahət edə biləcəyik. “Bir millət, iki dövlət”ə elə bu yaraşar! Xeyirli olsun”, - o qeyd edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!