Üç ölkə Aralıq dənizində Türkiyəyə qarşı – Yeni ittifaq

SİYASƏT

20 Dekabr 2019 14:37

Oxunma sayi: 575
Üç ölkə Aralıq dənizində Türkiyəyə qarşı – Yeni ittifaq

Türkiyənin Şərqi Aralıq dənizində həyata keçirdiyi həmlələrdən narahat olan Misir, Yunanıstan və yunan Kipri Ankaraya qarşı razılaşma əldə edib.

 

Azmedia.az  xəbər verir ki, xarici işlər nazirləri səviyyəsində bir araya gələn ölkələr Türkiyənin Şərqi Aralıq dənizində həyata keçirəcəyi panlara maneə olmaq məqsədi güdən tədbirlərin koordinasiyasını razılaşdırıblar.

 

Razılaşmaya əsasən üç ölkə birgə hərəkət edəcək və Türkiyənin fəaliyyətini əngəlləməyə çalışacaqlar.

 

Bu ara bəlli olub ki, yunan Kiprinin lideri Nikos Anastasiadis Misir Prezidenti Sisi ilə telefon əlaqəsi saxlayaraq Türkiyənin Aralıq dənizindəki addımları və Liviya ilə bağladığı razılaşmanı müzakirə edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!