ÜGT və Azərbaycan qarşılıqlı əməkdaşlığı müzakirə edib VİDEO

SİYASƏT

30 Yanvar 2022 06:06

Oxunma sayi: 260
ÜGT və Azərbaycan qarşılıqlı əməkdaşlığı müzakirə edib   VİDEO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi Kunio Mikuriya ilə görüşüb.

Azmedia.Az “report”a istinadən xəbər verir ki, bu barədə nazir tviter səhifəsində yazıb.

“Çox maraqlı və əhatəli dialoq baş tutdu. Biz ÜGT və Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlığı müzakirə etdik. Kunio Mikuriyanı Azərbaycan Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif olunması münasibətilə təbrik edirik”, - nazir sosial şəbəkədə bildirib.

  VİDEO
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!