“Ukrayna Donbas və Krıma hücum etməyəcək” Müdafiə naziri

SİYASƏT

18 Fevral 2022 15:00

Oxunma sayi: 228
“Ukrayna Donbas və Krıma hücum etməyəcək”   Müdafiə naziri

“Bizim Donbas və yaxud Krıma qarşı hərbi fəaliyyət həyata keçirmək niyyətimiz yoxdur. Bu cür məlumatlara inanmayın”.

Azmedia.Az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov Ali Radada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ukrayna Rusiya qoşunlarının öz sərhədindən geri çəkilməsini müşahidə etmir.

“Biz Rusiya tərəfinin öz qoşunlarını geri çəkməsi barədə açıqlamasını təsdiq etmirik. Bu, baş vermir, qüvvə və vasitələrin yerdəyişməsi gedir. Ukrayna sərhədinin yaxınlığında Rusiya ordusunun təqribən 129 min quru komponenti müşahidə edilir. Dəniz və aviasiya komponentləri ilə birgə onların ümumi sayı təqribən 149 mindir. Bir daha vurğulayıram, Ukrayna öz müdafiəsini gücləndirir, lakin bizim Donbas və yaxud Krıma hücum etmək niyyətimiz yoxdur. Biz siyasi-diplomatik yolla hərəkət edəcəyik, çünki orada bizim vətəndaşlarımız var və biz onları təhlükə altına atmayacağıq”, - deyə Reznikov söyləyib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!