Ukrayna Ombudsmanı istefaya göndərildi

SİYASƏT

31 May 2022 17:57

Oxunma sayi: 331
Ukrayna Ombudsmanı istefaya göndərildi

Ukrayna Ali Radası ölkənin İnsan Haqları üzrə Müvəkkili (Ombudsman) Lyudmila Denisovanı vəzifəsindən azad edib.

Azmedia.Az “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə məlumatı ukraynalı deputat Yaroslav Jeleznyak açıqlayıb.

Radada 234 deputat Denisovanın vəzifəsindən azad edilməsinin lehinə səs verib.

Jeleznyakın sözlərinə görə, hələ ki yeni ombudsman təyin olunmayıb.

Qeyd edək ki, bu gün Ali Radada ukraynalı deputatlar L.Denisovaya etimad göstərmədiklərini bəyan ediblər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!