Ukrayna Rusiya danışıqlarının yeni mərhələsi başlayıb

SİYASƏT

01 Aprel 2022 15:22

Oxunma sayi: 389
Ukrayna   Rusiya danışıqlarının yeni mərhələsi başlayıb

Ukrayna-Rusiya danışıqlarının yeni mərhələsi başlayıb.

Bu barədə Ukrayna Prezidentinin Aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

“Bəli. Bu barədə tərəflər rəsmi məlumat yayıb. Danışıqlar işçi alt qrupların iştirakı ilə onlayn formatda davam etdirilib”, - deyə Podolyak bildirib.

Bundan əvvəl Ukrayna tərəfi İstanbul danışıqlarının nəticələrinə əsasən bəyan etmişdi ki, Ukrayna BMT Təhlükəsizlik Şurası ölkələrinin NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik təminatlarını imzalayan tərəf olmasını istəyir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!