Ukrayna Rusiya ilə danışıqları bu tarixdə bərpa edə bilər

SİYASƏT

18 İyun 2022 15:06

Oxunma sayi: 316
Ukrayna Rusiya ilə danışıqları bu tarixdə bərpa edə bilər

“Ukrayna Rusiya ilə danışıqları avqustun sonunda bərpa edə bilər”.

Azmedia.Az xəbər verir ki, bu sözləri “Voice of America” radiosuna Ukrayna tərəfdən danışıqlar qrupunun rəhbəri David Araxamiya deyib. 

Onun hesablamalarına görə, məhz həmin vaxta Ukrayna Silahlı Qüvvələrinin planlaşdırdığı əks-hücumundan sonra Kiyevin “danışıqlar mövqeyi” güclənməlidir.

“Danışıqlara avqustun sonuna qayıda bilərik. Planlarımızı ruslarla bölüşmək istəmirik, çünki onlar bunu açıq mənbələrdə görə bilərlər. Amma düşünürəm ki, biz bəzi yerlərdə əks-hücum əməliyyatı keçirəcəyik”, - deyə Araxamiya bildirib.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!