Ukrayna səfiri: “Azərbaycan xalqının acısına şərikik” FOTO

SİYASƏT

20 Yanvar 2022 21:45

Oxunma sayi: 241
Ukrayna səfiri: “Azərbaycan xalqının acısına şərikik”   FOTO

Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevski Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

Bu barədə ukraynalı səfir “Twitter” hesabında paylaşım edib.

“Hər il yanvarın 20-də azərbaycanlılar Şəhidlər xiyabanını ziyarət edərək, Sovet qoşunları tərəfindən etirazların qanlı yatırılması zamanı həlak olmuş Müstəqillik hərəkatının qəhrəmanlarının xatirəsini yad edirlər. Ukrayna Azərbaycan xalqının acısına şərikdir. Unutmadıq”, - deyə səfir bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!