Ukraynada buz döyüşləri başladı - VİDEO

ÖLKƏ

18 Yanvar 2024 20:23

Oxunma sayi: 1071
Ukraynada buz döyüşləri başladı -  VİDEO

Ukraynada müharibə davam edir.

Azmedia.Az xəbə verir ki, baku tv-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, ötən gecədən Donetsk, Xarkov, Xerson və Zaporojye vilayətlərinə Rusiya Ordusunun hücumları artıb.

“Təkcə bir gecədə 78 hərbi toqquşma olub. Onların hamısının qarşısı Ukrayna ordusu tərəfindən alınıb”, - deyə jurnalist qeyd edib.

Məlumata görə, Xerson və Zaporojyedə vəziyyət daha gərgindir.

“Bu istiqamətdə Dnepr çayı demək olar ki, donub. Lakin Ukrayna ordusu ötən aylarda əldə etdiyi üstünlüyü qoruyub saxlayır, buz üstündə döyüşlər gedir”, - deyə M.Aslanov bildirib.

Ətraflı videonu təqdim edirik:

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!