Ukraynada humanitar yardımla məşğul olan iki britaniyalı Rusiya hərbçiləri tərəfindən əsir götürülüb

SİYASƏT

29 Aprel 2022 15:43

Oxunma sayi: 339
Ukraynada humanitar yardımla məşğul olan iki britaniyalı Rusiya hərbçiləri tərəfindən əsir götürülüb

Ukraynada Böyük Britaniyanın humanitar təşkilatının iki əməkdaşı Rusiya hərbçiləri tərəfindən əsir götürülüb.

Bu barədə Ukraynada fəaliyyət göstərən “Presidium Network” xeyriyyə təşkilatları şəbəkəsinin həmtəsisçisi Dominik Bern məlumat verib.

D.Bernin sözlərinə görə, onlar Kiyevdən təqribən 470 kilometr cənub-şərqdə, Zaporojye vilayətində əsir götürülüblər.

Qeyd olunur ki, britaniyalılar iki uşağı olan anaya Rusiya ordusunun işğal etdiyi kəndi tərk etməyə kömək etməyə cəhd göstəriblər. Bu zaman Rusiya hərbçiləri britaniyalıları nəzarət-buraxılış məntəqəsində saxlayıblar. Ana və övladları sonradan Polşaya keçməyə müvəffəq olublar. Lakin humanitar təşkilatının iki əməkdaşının taleyi məlum deyil.

Mənbə: Associated Press

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!