Ukraynalı eks deputat Rusiyadan sığınacaq istəyəcək

SİYASƏT

21 Aprel 2022 19:14

Oxunma sayi: 218
Ukraynalı eks   deputat Rusiyadan sığınacaq istəyəcək

Ukrayna Ali Radasının deputatı mandatından məhrum edilən İlya Kiva Rusiyadan rəsmi olaraq müdafiə və siyasi sığınacaq istəmək niyyətindədir.

Azmedia.Az “Regnum”a istinadən xəbər verir ki, bu barədə məlumatı “Müxalif platforma - Həyat naminə” partiyasından olan siyasətçi öz teleqram kanalında açıqlayıb.

Bildirilir ki, Ukrayna Kivanın ölkəyə təhvil verilməsi ilə bağlı Rusiyaya müraciət etmək niyyətində olduğunu bəyan etdikdən sonra, ukraynalı keçmiş deputat belə bir açıqlama verib.

Kiva qeyd edib ki, Ukrayna rəhbərliyi onu zərərsizləşdirmək istəyir.

Qeyd edək ki, İlya Kiva mart ayının ortalarında parlamentdə keçirilən qapalı iclasda deputat mandatından məhrum edilib. Daha əvvəl isə, Kiva öz videomüraciətində Rusiya Prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik edib. Bunun ardınca Kiva barəsində dövlətə xəyanət ittihamı ilə cinayət işi başlanılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!