Üzücü xəbər! Azərbaycan elminə ağır itki baş verdi

ÖLKƏ

21 Aprel 2024 13:11

Oxunma sayi: 1180
Üzücü xəbər!  Azərbaycan elminə ağır itki baş verdi

Azərbaycanın tanınmış riyaziyyatçı alimi, professor Əkbər Əliyev vəfat edib.

Bu barədə mərhumun yaxınları Azmedia.Az-a məlumat verib. AMEA Riyaziyyat ve Mexanika Institutunun "Diferensial tənliklər" şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Əkbər Bayram oğlu Əliyev uzun sürən xəstəlikdən sonra aprelin 21-də dünyasını dəyişib.

Ailə üzvlərinin verdiyi məlumata görə, alim uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

Mərhum alimlə vida mərasimi bu gün saat 14:00-dək Məhəmməd Hadi küç., 63a ünvanında keçiriləcək. Vida mərasimindən sonra mərhum Dədə Qorqud qəbiristanlığında dəfn olunacaq.

Allah rəhmət eləsin.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!