Vasif Əliyev: Məhdudiyyətlər aradan qaldırıla bilər...

MÜSAHİBƏ

21 Fevral 2022 11:14

Oxunma sayi: 1171
Vasif Əliyev:  Məhdudiyyətlər aradan qaldırıla bilər...

Bu barədə həkim-infeksionist Vasif Əliyev Azmedia.Az-a özəl müsahibəsində deyib. 

 

Yayılan məlumatlara əsasən, koronavirusun yeni variantı(omikron) daha az təhlükəlidir. Əsasən soyuqdəymənin əlamətləri ilə müşahidə olunur. İnsanlar bundan qorunmaq üçün hansı qabaqlayıcı tədbirlər görə bilərlər?

- O, qeyd edib ki, omikron variantı, delta ştammı ilə müqayisədə daha az təhlükəlidir. Daha çox, soyuqdəymə əlamətləri ilə müşahidə olunur. Araşdırmalar onu göstərir ki, yoluxma hallarının sayı çox olsa belə, xəstəxanaya yatış ehtiyyacı qat-qat azalıb. Bunu, hazırki epidimioloji vəziyyətdən də açıq-aydın görə bilirik. Yoluxmanın davam etməsinə baxmayaraq, yüngül simptomlu insanlar, müalicəni yalnız ev şəraitində keçirir. 

Qabaqlayıcı tədbir olaraq, koronovirusun istənilən ştammından qorunmağın yeganə yolu, peyvənd olunmaqdır. Bununla yanaşı, fərdi gigiyena qaydalarına riayət etmək, ara məsafəsini qorumaq, tibbi maskalardan doğru şəkildə istifadə etmək, düzgün, sağlam qidalanmaq, mövsümə uyğun geyinmək, bu xəstəlikdən qorunmaq üçün əlavə dəstəkləyici metodlardır. 

 

Saytımıza bir neçə şikayət daxil olub ki, 3cü doza vaksindən sonra, insanlarda əks təsirlər olub. Səhhətlərində problem yaranıb. Qeyd edirlər ki, bu hal digər 2 vaksində müşahidə olunmayıb. 3cü dozanın insanlara bu qədər mənfi təsir etməsinə səbəb nədir?

- Əslində 3cü doza vaksin, eyni vaksinin növüdür. Sadəcə olaraq, öncəki vaksinlərin üzərindən müəyyən bir müddət keçdikdən sonra, qoruyucu anticismlər neqativləşir, miqdarı azalır, orqanizmin həmin virusa qarşı qoruyucu mexanizmi zəifləyir. Buna görə də, artıq 5ci aydan sonra biz, növbəti vaksin dozasını almalıyıq. 

 

Sizcə bu il, bu virus ölkəmizdə yox ola, qadağalar aradan qalxa bilərmi?? İnsanlar maskasız, rahat şəkildə dolaşa biləcəkmi? Müşahidələr nəyi göstərir??

- Bütün dünyada artıq bəlaya çevrilən koronovirus infeksiyası yüngülləşməyə doğru gedir. Düşünürəm ki, omikron ştammından sonra, daha da yüngül variantlar ortaya çıxarsa,  bütün dünya, eləcə də Azərbaycan bu epidemiyadan qurtulacaq. Bu xəstəliyin yayılmasından çox, onun öldürücülük qabiliyyəti, ağırlıq dərəcəsi, xəstəxanaya yatış ehtiyyacı azalarsa, digər məhdudiyyətlər aradan qaldırıla bilər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!