Vəfat edən sabiq pediatrın iş yoldaşı DANIŞDI - VİDEO

ÖLKƏ

24 Aprel 2024 19:30

Oxunma sayi: 496
Vəfat edən sabiq pediatrın iş yoldaşı DANIŞDI -  VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə ilə bağlı açıqlama verib.

Azmedia.Az Metbuat.az-a istinadən xəbər verir ki, hadisəyə səbəb kimi ailə münasibətlərinin gərgin olması bildirilib. Mərhumun iş yoldaşı isə bu məlumatı təkzib edib:

“Ailə məsələsi deyil, düz demirlər. Xidməti işlə bağlı olduğunu bildiriblər. Deyəsən, təzə rəhbərlik xətrinə dəyib”.

Qeyd edək ki, Nəsib Quliyev Görədildə yaşadığı mənzildə özünə ov tüfəngi ilə atəş açaraq həyatına son qoyub.

Ətraflı Baku TV-nin süjetində:

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!