Vəkil: “Mixail Saakaşvilinin durumu pisləşir”

SİYASƏT

08 Oktyabr 2021 14:56

Oxunma sayi: 232
Vəkil:  “Mixail Saakaşvilinin durumu pisləşir”

“Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili artıq 8-ci gündür aclıq edir və onun fiziki durumu getdikcə pisləşir”.

Azmedia.Az “Report”un yerli bürosuna istinadən xəbər verir ki, bunu M.Saakaşvilinin vəkili Beka Basilaya jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ailə üzvləri sabiq dövlət başçısı ilə bazar ertəsi görüşə biləcəklər.

Qeyd edək ki, eks-prezident oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavidə 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilmiş siyasətçi aclıq aksiyası keçirir. O, aksiyanı dayandırmayacağını bildirib. M.Saakaşvilinin atası Nikoloz Saakaşvili bu gün oğluna müraciət ünvanlayıb və onu aclığı dayandırmağa çağırıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!